Red Bull: Cihaz bizə üstünlük qazandırmadı

Red Bull: Cihaz bizə üstünlük qazandırmadı
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Red Bull komandasının sürücüləri Maks Ferstappen və Serxio Peres bildiriblər ki, sürüş yüksəkliyini dəyişdirən cihaz bolidin performansına təsir etməyib. 

Kokpit.az xatırladır ki, ABŞ Qran Prisindən əvvəl qapalı park qaydaları ilə bağlı qızğın müzakirələr başlayıb. FİA ABŞ Qran Prisindən əvvəl Red Bull qapalı parkda bolidlərinin yüksəkliklərini dəyişdirdiyi ilə bağlı şikayətlər alıb və FİA buna təcili formada müdaxilə edib. 

Red Bull komandası bu cihazın olduğunu təsdiqləyib: “Bəli, bu sistem var, amma maşın tamamilə sazlanıb, yarışa hazır olandan sonra bundan istifadə etmək mümkünsüzdür. FİA ilə apardığımız çoxsaylı yazışmalarda bu hissə gündəmə gəlib və gələcək üçün bu plan üzərində anlaşmışıq”.

Red Bull komandasının sürücüləri ABŞ Qran Prisinin paddokunda jurnalistlərin suallarına cavab veriblər. Sualları ilk olaraq Serxio Peres cavablandırıb: “Buna heç reaksiya vermıdik. Əslində bu mövzu barədə heç danışmadıq. Bu mümkünsüzdür. Məsələn,  keçən il bir sprint yarışında sürüş yüksəkliyini çox qaldırmışdıq. Ferrari və Mercedes altlıqları çox yeyildiyi üçün yarışdan diskvalifikasiya edilmişdilər. Eyni şeyin bizim başımıza gəlməsindən qorxurduq.

Bu sistemin olduğunu bilirdim, amma bizim üçün istifadəsi elə də əlverişli deyildi”.

Serxio Peres sonda bildirib ki, bu cihaz bolidin performansına heç bir təsir göstərməyib.

Red Bull komandasının üçqat Dünya Çempionu sürücüsü Maks Ferstappen isə bildirib ki, cihaz barədə FİA ilə danışıqlar aparılarkən bunun başqa komanda üçün olduğunu zənn edib: “Hamı bunu görə bilər. Bizim üçün sadəcə  detallar quraşdırılmadan əvvəl sazlanma etdiyimiz bir vasitə idi. Amma bolid tamamilə birləşəndən sonra buna toxunmaq olmaz. Yəni ki, bizim üçün heç nə dəyişmir.

Xəbəri oxuyanda düşünürdüm ki, digər komandalar da bunu edirlər. Sonra bunun bizim komanda ilə bağlı olduğunu öyrəndim. Brifinqdə bu barədə heç danışmadıq”.

Bunları da oxuyun

Şərh əlavə et