Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Qələbəyə əmin idim

Britaniyalı sürücü Niderland Qran Prisini 20 saniyədən çox fərqlə qazanaraq hətta öz komandasını heyrətləndirib.

Kokpit.az xəbər verir ki, Lando ilk bir neçə dövrədən sonra qali gələcəyinə artıq əmin olduğunu bildirib.

Lando Norris: “Yarışı mükəmməl adlandıra bilmərəm, çünki birinci dövrədə yenə çətinlik çəkdim, amma sonra hər şey əla oldu! Sürət əla idi, maşın inanılmaz dərəcədə yaxşı işləyirdi və sükan arxasında özümü kifayət qədər rahat hiss edirdim. Əsas odur ki, Maks Ferstappeni keçə bildim, bundan sonra işlər asanlaşdı. Yarış tamamilə ssenari üzrə getsə də, yenə də özünəməxsus şəkildə çətin idi, amma çox əyləndim.

Mən şadam ki, tribunalar tamaşaçılarla dolu idi, hollandlar arasında çoxlu azarkeşlərimiz vardı və onlara dəstəklərinə görə minnətdaram. Baxmayaraq ki, təbii ki, mənim qələbəm bəzilərini üzdü, amma ümid edirəm ki, yarışdan hər kəs zövq aldı. Düşünürəm ki, yarışın əvvəlindən – beşinci dövrədən qalib gələ biləcəyimə əmin idim. Gözləyirdim ki, Maks sürətlənəcək və üstünlük qazanmağa başlayacaq, amma bu baş vermədi – sonra başa düşdüm ki, biz hələ mübarizə aparacağıq!

Eyni zamanda onun tempi getdikcə azaldı və mən getdikcə daha sürətli sürdüm. Bu, əhval-ruhiyyəmi qaldırdı. Sürətli gedə bilirdim, qarşımdakı yol boş idi və bu həmişə kömək edir”.

Elçin Zodorov

Şərh əlavə et