Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Maşın əla idi

McLaren komandasının sürücüsü Lando Norris Niderlandda poul aldıqdan sonra fikirlərini bildirib. 

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Maks Ferstappeni 0.3 saniyə kimi böyük fərqlə qabaqlayaraq, kryerasının dördüncü poulunu qazanıb. 

Sessiyadan sonra Lando Norris sevincini gizlətməyib: “İnanılmaz gündür. Geri qayıtmaq və poul qazanmaq çox gözəl oldu. Çox gözəl dövrə idi. Sıralanma turu çox problemsiz keçdi və yaxşı dövrələr vurduq. Xüsusən də son dövrəm yaxşı idi. Komanda əla işlədi və çox sevincliyəm.

Sabah üçün həyəcanlıyaç. Əminəm ki, çəyin yarış olacaq. Maks bütün həftəsonu ərzində sürətli idi. Bu gün ona çata bildik, amma yenə də ikinci yerdədir və öz vətənində yaxşı mübarizə aparacağını düşünürəm”.

Rauf Hacıyev

Şərh əlavə et