K.Horner Rassellin problemini anlayıb

K.Horner Rassellin problemini anlayıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Red Bull komandasının rəhbəri Kristian Horner Corc Rasselin avtomobilinin niyə minimum çəkidən yüngül olduğunu açıqlayıb. 

Kokpit.az xatırladır ki, Corc Rassell Spa-Frankorşampsda qələbə qazandıqdan qısa müddət sonra Belçika Qran Prisindən diskvalifikasiya edilib. Britaniyalı sürücü  Spada damalı bayrağı Lyuis Həmiltondan öndə keçərək mövsümdə ikinci qələbəsini qazanmışdı. Lakin Rasselin avtomobilinin minimum çəkisi limitdən daha yüngül olduğu aşkar edilib və onun qələbəsi təhlükə altına düşüb.

Yarış stüardları tez bir zamanda Rasselin W15-inin qaydalara uyğun olmadığını təsdiqləyib və nəticədə yarışdan diskvalifikasiya olunub.

Mercedes komandasının rəhbəri Toto Volf bildirib ki, Rasselin tək pit-stop strategiyasına görə  təkəri çox yeyilib və bu da  avtomobilin minimum çəkidən aşağı düşməsinə səbəb olub.

Mercedes komandası Belçika Qran Prisi sərbəst yürüşlərində Hard təkərləri test etməmişdi.

Buna görə də Hard təkərlərin necə işlədiyinə dair  məlumatları yox idi. McLaren və Ferrari də Hard tərkiblərdən  istifadə etməmişdilər. Bu təkərləri güclü dördlükdən yalnız Red Bull komandası istifadə etmişdi.

Rasselin diskvalifikasiyasından sonra Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, britaniyalı sürücünün tək-stop strategiyasına görə yeyilən təkərləri avtomobilin çəkisini standartdan aşağı düşməsinə səbəb olub.

Kristian Horner: “Əminəm ki, strategiyasına görə bir kilodan çox kauçuk itirib. Biz bunu cümə günü görmüşdük. Bu, Corc üçün doğrudan da məyusedici xəbərdir, amma hesablamalarda səhv ediblər”.

Mercedes komandasından Əndryu Şovlin də buna bənzər açıqlama verib: “Maşının yarışdan sonra niyə yüngül olması barədə tam məlumatımız yoxdur, amma bunu anlamaq üçün bazada araşdırma aparacağıq. Tək pit-stop strategiyasına görə itirilən kauçukun buna səbəb olduğunu düşünürük. Bunun necə baş verdiyini daha yaxşı anlamağa çalışacağıq”.

Bunları da oxuyun

Şərh əlavə et