Xəbəri Kokpitdə Oxuyun!

H.Marko podium gözləyirmiş

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Belçika yarışı onları məyus edib. 

Kokpit.az xatırladır ki, Maks Ferstappen şənbə günü poul qazansa da, yenidaxiliyanma mühərriyinə keçdiyi üçün yarışın startında 10 yer itirmişdi. Serxio Peres isə bu cəzadan sonra yarışa ikinci yerdən başlamışdı.

Lakin meksikalı sürücü bu fürsəti dəyərləndirə bilməyib və ikinci yerdən başladığı yarışı yeddinci yerdə bitirib. Maks Ferstappen isə 11-ci başladığı yarışı dördüncü yerdə bitirərək, podiumu son anda qaçırıb.

Yarışdan sonra danışan Helmut Marko Spa yarışında yaşadığı məyusluğu belə izah edib: “Ən azından Maks ilə bir podium gözləyirdik. Macarıstandan sonra burada ötmə etməyin asan olacağını düşünmüşdük, lakin elə olmadı.

Sözün açığı bu altlıq effektli maşınlar o qədər limitə çatıblar ki, öndəki maşını izlədiyinizdə bütün aerodinamika pozulur. Maksda da bu hal baş verdi. Ön təkərləri sözün əls mənasında zülm çəkirdi.

Bundan başqa Çeko da bizi məyus etdi və ikinci yerdən səkkizinci yerə gerilədi. Buna görə də tam olaraq harada səhv etdiyimizi anlamalıyıq.

Rauf Hacıyev

Şərh əlavə et