Kokpit.az xatırladır ki, ispaniyalı sürücü cümə günü Spada gərgin formada işləyibdir. İkiqat Dünya Çempionu ikinci sərbəst yürüşlərdə 24 dövrə vurub və 1.43.538 zaman nəticə ilə 12-ci yeri tutub.
Fernando Alonso bildirib ki, məlumatları təhlil edəcək və sıralanma turu üçün ən yaxşı strategiyanı seçməyə çalışacaq: “Cümə günü çoxlu dövrə vurduq. Məlumatları təhlil edəcəyik və nələri öyrənə biləcəyimizə baxacağıq.
Sıralanma turunda yağışın yağma ehtimalı var və buna görə də hava şəraiti dəyişkən olsa, diqqətli qərarlar verməli olacağıq. Həftəsonu üçün ən yaxşı sazlanmaları tapmaq üçün şənbə günü sıralanma turundan əvvəl çox işləyəcəyik”.
Şərh əlavə et