S.Peres: Belçika son yarışım deyil

S.Peres: Belçika son yarışım deyil
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, yay tətilindən sonra Red Bull ilə yarışmağa davam edəcək.

Kokpit.az xatırladır ki, Serxio Peres Çin yarışından sonra podium üzünə həsrət qalıb. O, son 8 yarışda sadəcə 20 xal toplaya bilib və belə olan halda Red Bull-un Mühəndislər Kubokundakı mövqeyi təhlükəyə düşmüş olur. Üstəlik Macarsıtan Qran Prisinin sıralanma turunda etdiyi qəza meksikalı sürücünün komandadakı yerini lap pis vəziyyətə qoyub.

Buna görə də əksəriyyət düşünür ki, Red Bull komandası hazırda 34 yaşlı sürücüyə son şans verib. Əgər o, Belçikada da ümidləri doğrultmasa, komandadan göndəriləcək və yerinə Daniel Rikkardo gətiriləcək.

Buna baxmayaraq Serxio Peres inanır ki, yay tətilindən sonra da Red Bull-da yarışmağa davam edəcək: “Hər şeyi qaydasına salmaq üçün doğrudan da əlimdən gələni edirəm. Daha əvvəl də dediyim kimi hazırda əsas məqsədim budur. Mövsümün sonunda Əbu Dabidə harada olacağımıza baxacağıq. Yəni düşünürəm ki, bir neçə yaxşı yarış keçirə bilsəm və performansımı düzəltsəm, mövsümüm indikindən çox fərqli görünər.

Məncə, belə baxanda pis mövsüm keçirən başqa pilotlar da olub və onlar elə də gözə dəymirlər. Məncə, Red Bull komandası mətbuatda çox müzakirə  olunur. Ancaq artıq buna öyrəşmişəm. Kartinq günlərindən bəri belə böyümüşəm. Əgər bir yarışı qazana bilməsəm, növbəti yarışa çıxıb-çıxa bilməyəcəyim müəmmalı olardı. Onsuz da karyeram ərzində çox təzyiq altında yarışmışam. İndi də vəziyyət fərqli deyil. Məncə, Formula 1 sürücüləri olaraq belə təzyiqlərə onsuz da öyrəşmişik.

Qətiliklə əminəm ki, bu həftəsonu Red Bull-da son yarışım olmayacaq, çünki müqavilədə nə olduğunu və komandanın mənə inandığını bilirəm. Əsas hədəfimiz trasa çıxıb yaxşı nəticələr qazanmaqdır. Mən komandaya və boliddən əldə etdiyimiz performansa fokuslanmışam. Digər şeylər isə sadəcə dedi-qodudur. Buna görə heç narahat deyiləm”.

Bunları da oxuyun

Şərh əlavə et