Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Əlimizdən heç nə gəlmir

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, SF-24-dəki problemləri anlasalar da, bunları həll etmək yaxın zamanda mümkün deyil.

Kokpit.az xatırladır ki, Ferrari tullanma problemini həll etmək üçün yarış həftəsonlarınfa vacib testlər etmişdi. “Qırmızılar” Macarıstana yeni altlıq gətirmişdilər.

Şarl Lekler Macarıstan yarışında dördüncü olduqdan sonra bildirib ki, hazırda problemləri anlayıblar və problemlər keçənilkilərlə eyni olsalar da, bu il onların həll yoxdur: “Keçən il də eyni şeyi edirdik. Dəqiq məlumatlar əldə edirdik. Ancaq keçən il əlimizdə həll yolları var idi. Məncə, bu gün belə hal təəssüf ki, yoxdur. Buna görə də çox fərqli vəziyyətdəyik. Hazırda problemləri həll etmək üçün maşına qoyacaq nəsə yoxdur. Bunu deyəndə məyus olsam da, maşını inkişaf etdirmək üçün zamana ehtiyacımız var.

Məncə, yarışda podiuma yüksələ bilərdik, çünki sürətli idik. Eyni zamanda Budapeştdə olduğumuzu unutmamalıyıq. Burada ötmə etmək çətindir. Yəni ki, indiki şəraitdə bundan yaxşı nəticə almaq mümkünsüz idi.

Yarışa yaxşı nəzarət etdik. Xüsusən də sonlar çətin olsa da, hər şey nəzarətimizdə idi. Dördüncü yer istədiyimiz nəticə deyil və önümüzdə görüləsi işlər var. Ancaq gözlədiyimizdən daha yaxşı vəziyyətdəyik”.

Rauf Hacıyev

Şərh əlavə et