Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Yarış qəzası idi

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, yarışın sonlarında Maks Ferstappenlə apardığı mübarizə tüklərini biz-biz edib. 

Kokpit.az xatırladır ki, Lyuis Həmiltonla Maks Ferstappen yarışın sonlarında podium uğrunda mübarizə aparıblar və təmas yaşayıblar. Maks rəqibinə hücum edərkən təkərləri kilitləyib və bu anda iki Dünya Çempionu təmas ediblər. Bu təmasdan sonra Ferstappen 5-ci yerə düşüb.

Lyuis Həmilton: “Sözün düzü yarışın sonlarında yaşadığımız yaxın mübarizə tüklərimi biz-biz etdi. Amma yekunda bu bir yarışdır. Yəni ki, əsəbpozucu deyildi. Bəzi döngələrdə sürətlə fərqi qapatdıqlarını görəndə gülürsünüz, çünki bilirsiniz ki, bunu özünüz edə bilməzsiniz. Çox geridən gəldiyini gördüm. Məndən çox daha sonra əyləcə basdı və daxili trayektoriyaya girdi. Təkərləri kilidlədi və təmas yaşadıq. Məncə, bu yarış qəzası idi”.

Lyuis Həmilton 2007-2012-ci illərdə yarışdığı McLaren-in qələbə dubluna görə sevinclidir: “Oskarı qələbəyə görə, McLaren-i ilk iki yerə görə təbrik edirəm. Oskar komandaya gəldikdən sonra əla performans göstərir. Çox stabildir və qələbəsi gözlənilən idi. Bu gün də yarışın əvvəlindən yaxşı tempi var idi. Ona görə çox sevincliyəm.

McLaren mənim köhnə ailəmdir. Buna görə də onları yenidən öndə görmək məni çox sevindirdi. Mercedes də bu gün maşını limitlərdə sürərək əla iş gördü. McLaren və ya Red Bull-un tempinə sahib deyildik, amma öndə qala bildik. Bu doğrudan da çətin oldu”.

Rauf Hacıyev

Şərh əlavə et