Kokpit.az xatırladır ki, McLaren komandası Britaniyada güclü görünsə də, Mercedes komandasının sürücüləri heç kimin gözləmədiyi halda sıralanma turunda ilk cərgəni zəbt ediblər.
Lando Norris son cəhdində səhv edərək dövrəsini yarıda saxlayıb və Rassellə Həmiltondan sonra üçüncü yerə razılaşıb: “Üçüncü yerdən razıyam. Üç britaniyalı sürücü üçlüyü zəbt etdi və bu gözəl görünür.
Corc və Lyuis gözəl dövrələr vurdular. Mükəmməl iş gördülər. Mənim də sonda kiçik səhvim oldu, amma yenə də üçüncü yer yaxşıdır.
Sabah yağış yağması gözlənilir. Buna görə də həyəcanlıyam. Yaxşı yarış olacaq. Sabah Corc və Lyuislə mübarizə apara bilərəm. Ümid edirəm ki, gözəl mübarizə görərik. Buna görə də səbirsizlənirəm”.
Şərh əlavə et