Kokpit.az xatırladır ki, Avstriya təmsilçisi bu mövsümün əvvəlində azarkeşlərin öz dizaynlarını edə biləcəkləri REBL CUSTMS müsabiqəsi başlatmışdı. Qalib gələn bu gün açıqlanıb. Bu, taylandlı Calaj Suvanishdir.
RB20 bu həftəsonu Silverstounda qırmızıdan bol rəng çaları ilə qarşımızda olacaq. Dizayn Red Bull-un 2015-ci ildəki qış testlərindəki xüsusi rəng çalarını xatırladır.
Red Bull komandasının rəhbəri Kristian Horner: “Keçən il azarkeşlərin hazırladığı xüsusi rəng çalarlarından sonra 2024-cü ildə də azarkeşlərin dizayn etdiyi rəng çalarlarını istifadə etməyə davam edəcəyik və buna görə də qürur duyuruq. REBL CUSTOMS sadiq azrkeşlərimiz üçün RB2- üzərində işləmək şansı verdi.
Azarkeşlərimizi bizim ürəyimizdədirlər və bizim yolumuzdə belə önəmli rol oynamaqları məni çox xoşbəxt edir. Gələn bütün müraciətləri gördüm. Ağıl və yaradıcılıq səviyyəsi inanılmazdır”.
Müsabiqənin qalibi Calaj Suvaniş: “Bu yarışa qatılamq üçün çox həvəsli idim, çünki favorit komandanız üçün sadəcə bir dəfə rəng çaları düzəltmək şansınız olur. Qalib gəldiyim üçün özümü bəxtəvər hiss edirəm. Artıq real həyatda bir yarışa qatıla biləcəm. Sadəcə bir Formula 1yarışına qatılmayacağam, eyni zamanda öz rəng çalarımı da görəcəyəm. Mənim rənglərimlə qazansalar, əla olar”.
Red Bull komandası bu mövsüm Sinqapur və Ostində də azarkeşlərin rəng çalarları ilə yarışacaq.
Şərh əlavə et