L.Norris: İstənilən trasda qalib gələ bilərik

L.Norris: İstənilən trasda qalib gələ bilərik
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

McLaren sürücüləri Avstriyada çox əla çıxış ediblər. Komanda həm sprint, həm də yarışda ilk üçlüyə düşə bilib.

Kokpit.az xatırladır ki, Şpilberqdəki yarışın sonlarına doğru Maks Ferstappenlə fərqi azaldan Lando Norris ona hücum etmiş, lakin niderlandlı həmkarının qaydalar çərçivəsindən çıxması təmasla nəticələnmişdi. Nəticədə Ferstappen məcburi pit-stop edərək yarışı beşinci yerdə başa vurarkən Norris üçün mübarizə başa çatmışdı. Komanda bu həftəsonu Silverstpundakı ev yarışında podiumun ən yüksək pilləsinə yüksəlmək istəyir.

Lando Norris: “Britaniya Qran Prisini böyük həvəslə gözləyirəm. Silverstounu sevirəm. Bu maraqlı trasdır, həm də mənim və komandam üçün evdir. Azarkeşlərimizin dəstəyi bu yarışı daha da xüsusi edir. Biz bilirik ki, istənilən trasda yarışa bilən sürətli avtomobilimiz var və bu, mövsümün qalan hissəsi üçün ümidvericidir. Keçən il Silverstounda podiuma çıxmaq heyrətamiz idi, lakin ev yarışında qalib gəlmək növbəti səviyyəyə yüksələn bir addımdır. İrəli!”

Xatırladaq ki, Lando cari mövsümdə 6 dəfə podiuma yüksəlib ki, bunlardan dördü ikincilik olub. Bir dəfə üçüncü olan britaniyalı gənc sürücü Mayamidə də karyerasındakı ilk və hələ ki, yeganə olan qələbəsini qazanıb. O, sürücülər çempionatında hazırda ikinci yerdədir.

Bunları da oxuyun

Şərh əlavə et