Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Qazanmalı idim

McLaren komandasının sürücüsü Lando Norris İspaniyada qazana bilmədiyi üçün çox məyusdur.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Kataloniya trasındakı yarışa pouldan başlasa da, startda Corc Rassellə Maks Ferstappenin gerisinə düşüb. Yekunda isə ikinci yeri tutub.

Lando Norris: “Qələbə qazanmalı idim. Pis start aldım. Bolid bu gün inanılmaz idi. Qətiliklə ən sürətli komanda biz idik. Sadəcə startda çox itirdim. Məyusam, amma həftəsonu ilə bağlı pozitiv anlar da var. Start hər şeyi məhv etdi. Bunu bilirəm.

Bunu saymasaq, yaxşı xal qazandıq və komandaya təşəkkür edirəm, çünki maşın mükəmməl idi”.

Rauf Hacıyev

Şərh əlavə et