Kokpit.az xatırladır ki, britaniyalı sürücü İspaniyadakı sıralanma turunda 4-cü olub.
Corc Rassell: “Poul üçün mübarizə apara biləcəyimizə inanırdıq, çünki maşında özümüzü yaxşı hiss edirdik. Sadəcə Lando və Maks ilə aramızdakı fərqin gözlədiyimizdən çox olduğunu gördük.
Lyuis və mən birlikdə mükəmməl dövrələr vura bilmədik, amma yaxşı dövrələr vurduq. Belə çətin traslarda təkərləri düzgün işlətməli və ehtiyacınız olan kiçik zamanları tapmalısınız. Lando sıralanma turunda bunu bacardı, amma biz bacara bilmədik. Yenə də üçüncü və dördüncü yerlər yarışda mübarizə aparmaq üçün əla yerlərdir.
Məncə, belə bir trasda bolidin sürəti həmişə qazanacaq. Təkər mövzusunda strategiya ilə bir şey edə bilərsiniz, amma bolidin tempi varsa, bu hal sizə strategiyada üstünlük gətirəcək. Əlbəttə, bəzi şeyləri sınayacağıq. Məncə, Lando və Maks ilə mübarizə aparmaq üçün sürətimiz var”.
Şərh əlavə et