Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Mükəmməl dövrə vurdum

McLaren komandasının sürücüsü Lando Norris İspaniyada poul qazandıqdan sora bildirib ki, indiyə kimi ən yaxşı nəticələrini alıblar.

Kokpit.az xatırladır ki, Barselonada poul uğrunda amansız mübarizə gedib və sonda Lando Norris çempionatın lideri Maks Ferstappeni cüzi fərqlə qabaqlayaraq, bumövsümkü ilk poulunu qazanıb.

Lanso Norris: “Bütün həftəsonu yaxın keçdi, amma əslində yaxşı dövrə atmaq çox vacib idi. Mən də bunu bacardım. Yaxşı dövrə vurduğunuzda bunu hiss edər və həyəcanlanarsınız. Doğrudan da bu dövrəmdə hər şey yaxşı getdi. Yaxın mübarizə oldu və çox xoşbəxtəm. Bu poul mənim üçün çox yaxşı oldu. Çox poul qazanmamışam, amma qazandıqlarım arasında ən yaxşısı idi. Sadəcə bu həftəsonu yox, son iki aydır çox sürətliyik – Mayamidən bəri çox güclüyük.

Maks və Red Bull bütün həftəsonu ərzində bir az güclü görünür, amma son dövrə üçün bəzi kiçik dəyişikliklər etdik. İnkişaf etdirməli olduğumuz bəzi sahələr var idi və bunu etdik.

Yarışda Maksa, Lyuisə və arxadakı bütün rəqiblərimizə qarşı çətin mübarizədə olacağıq, amma qələbə qazanmaq üçün buradayıq və bunu planlaşdırıram”.

Rauf Hacıyev

Şərh əlavə et