Kokpit.az bildirir ki, sürücülər Hard və Medium təkərlərlə sessiyaya başlayıblar, sonlara doğru isə Soft təkərlərə keçiblər. Sürətlərin artması divarlarla təmasların çoxalmasına gətirib çıxarıb – Tsunoda ilk, Peres üçüncü, Ferstappen yeddinci Stroll 15-ci, Okon 16-cı, Sarcent isə sonuncu döngədə divara toxunub.
Qısa və dar tras tez-tez tıxaclara və sürücülərin bir-birilərinə mane olmasına gətirib çıxarıb. Lakin stüardlar heç kimi cərimələməyiblər. Ferstappen yırğalanmadan, Rassell isə titrəmədən narazı olub. Britaniyalı köhnə ön qanada qayıdıb. Təhlükəsizlik cibinə girən Lekler geri qayıdıb və yoluna davam edib.
Şarl Lekler dövrəni 1:11.278-lik vaxt ərzində başa vuraraq günün ən yaxşı nəticəsini göstərib. Məşqlər sabah davam edəcək.
Şərh əlavə et