Kokpit.az xatırladır ki, McLaren komandası bu həftəsonu MCL38-ə böyük yenilik paketi gətirib və burada bolidin asfaltayatma qüvvəsini artıran çoxlu aerodinamik detal olub. “Narıncılar” həftəsonu ərzində yaxşı performans göstərsələr də, real potensiallarını nümayiş etdirə bilməyiblər.
Bütün yeniliklərə sahib olan Lando Norris sprint sıralanma turunun ilk iki sessiyasında zirvədə olsa da, son sessiyada pis dövrə ilə 9-cu olub. Sprint yarışının startında isə Strollun təması ilə mübarizəni dayandırıb. Əsas yarışın sıralanma turunda isə istədiyini ala bilməyib və beşinci olub.
Şərh əlavə et