Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Öz səhvim idi

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, son dövrədəki insident tamamilə öz səhvindən olub.

Kokpit.az xatırladır ki, monakolu sürücü Mayami yarışının böyük hissəsində podium uğrunda mübarizə aparıb. Lakin son dövrədə yerində fırlanaraq, baryerə toxunub və maşına zərər vurub. Ferrari sürücüsü yarışı altıncı yerdə başa vura bilsə də, son dövrədə bir neçə dəfə tras limitlərini pozduğu üçün stüardların diqqətini çəkib.

Şarl Lekler: “Günah tamamilə məndədir. Əlavə edəcək heç nə yoxdur. Bu səhvə görə çox məyusam, belə olmamalı idi. Sondan əvvəlki dövrədə aktiv hücum edirdim və düşündüm ki, Oskar Piastrini qabağa buraxmaq yaxşı fikir olar ki, son dövrədə onu yenidən keçim, çünki onu arxada saxlamağın çox çətin olacağını bilirdim.

Amma bu çox pis qərar idi və  yaxşı keçən yarışı dördüncü döngədə məhv etdim. Çox məyusam və əlavə edəcək sözüm yoxdur.

Döngələrdə tras daxilində qalmaq üçün əlimdən gələni etdim. Yəqin ki, bu, kənardan göründüyündən daha çətin idi, ancaq olan oldu”.

Rauf Hacıyev

Şərh əlavə et