Ferstappen 5 saniyə cəza alıb

Ferstappen 5 saniyə cəza alıb

Müxtəlif rakurslardan videoya baxdıqdan sonra müəyyən edilib ki, pit yolundan çıxış anında “ön sol təkərin xarici hissəsi çıxışdakı davamlı ağ xəttin kənarını keçib”. Bu, Beynəlxalq İdman Məcəlləsinin Əlavə L, IV fəsil, 6 c) maddəsinin pozuntusu hesab olunub. Nəticədə Ferstappenə yekun nəticəsinə 5 saniyə əlavə edilib.

Cərimə Red Bull  komandasının sürücüsünün nəticəsinə təsir etməyib. Niderlandlı sürücü  Mayami Qran Prisində finiş protokolundakı beşinci yeri qoruyub.

Digər araşdırmalar üzrə, o cümlədən Liam Louson ilə Pyer Qasli arasında baş verən insidentlə bağlı stüardlar cəza tətbiq etməyiblər.

Bunları da oxuyun

Şərh əlavə et