FIA Braziliya Qran Prisi üçün Düzlük Rejimi zonalarını açıqlayıb

FIA Braziliya Qran Prisi üçün Düzlük Rejimi zonalarını açıqlayıb

FIA təsdiqləyib ki, İnterlaqos trasında pilotların ön və arxa qanadlarını açaraq hava müqavimətini azalda biləcəkləri iki Düzlük Rejimi zonası olacaq.

Birinci zona əsas düzlüklə, ikinci zona isə 3-cü və 4-cü döngələr arasındakı düzlükdə yerləşəcək.

2026-cı il texniki qaydalarına əsasən tətbiq edilən aktiv aerodinamika sistemi pilotlara düzlüklərdə həm ön, həm də arxa qanadların bucağını dəyişərək hava müqavimətini azaltmağa, döngələrdə isə qanadları bağlayaraq maksimum asfaltayatma qüvvəsi əldə etməyə imkan verir.

Trasın xüsusiyyətlərindən asılı olaraq Düzlük Rejimi zonalarının sayı dəyişir. Bu mövsüm Avstraliya və Sinqapurda zonaların sayı beşə çatıb, Monakoda isə sistemdən istifadə tamamilə qadağan edilib.

Digər tərəfdən, Meksikada Kimi Antonelli ilə Pilotlar Çempionluğunu rəsmiləşdirən Mercedes Braziliyada Ferrari-dən ən azı 3 xal artıq toplasa, 2021-ci ildən bəri ilk dəfə Mühəndislər Kubokunun qalibi olacaq.

Ötən il İnterlaqosda keçirilən yarışı Lando Norris və McLaren qazanıb. Mercedes isə bu trasda sonuncu qələbəsini 2022-ci ildə Corc Rasselllə əldə edib.

Bunları da oxuyun

Şərh əlavə et