Dario Marrafuski, Pirelli-nin yarış proqramları üzrə direktoru: “Hava ilə bağlı qeyri-müəyyənliyə baxmayaraq yarış strategiya baxımından sadə alındı. Yeganə real dəyişiklik 6-cı dövrədə təhlükəsizlik maşınının çıxması oldu ki, bu da bəzi sürücülərə, o cümlədən Maks Ferstappenə strategiyanı dəyişib pit-stop etməyə imkan verdi. Bu, niderlandlı sürücüyə müəyyən üstünlük qazandırdı.
Demək olar ki, hamı ilk hissəyə Medium təkərlərlə başladı və proqnozlaşdırılan aralıqda pit-stop etdi. Əvvəlki günlərlə müqayisədə daha sərin hava təkərlərin aşınmasını daha da azaltdı. Bunun ən bariz nümunəsi Ferstappenin Hard təkərlərlə keçdiyi 51 dövrəlik son hissə oldu.
Üç həftə sonra Monrealda keçiriləcək növbəti mərhələdə də eyni üç tərkibdən istifadə olunacaq”.




Şərh əlavə et