Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Maksa yaxın olmağa çalışacağam

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, yarışda Maks Ferstappenin işini çətinləşdirmək istəyir.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü Mayamidəki əsas yarışa pouldan başlayacaq. Onun yanında isə sprintdə olduğu kimi Şarl Lekler var.

Şarl Lekler: “Özümü çox limitdə hiss etdim. Son sessiyaya qədər çox yaxın mübarizə oldu. Son cəhdlərdə bir az vaxt qazanmaq üçün limitdə sürəndə təkərlər yeyilməyə başladı, çünki çox qızırdılar. Nəticədə vaxt itirdik.
Ancaq sabah bizi uzun yarış gözləyir və sprintdə tempimiz yaxşı idi. Buna görə də ümid edirəm ki, Maksı təzyiq latında saxlayacağıq. Yaxşı start almağa çalışacağam. Əgər ilk dövrədə onu keçməsəm, DRS məsafəsində qalmağı hədəfləyirəm. DRS bu trasda çox vacibdir və ilk dövrədən sonra bu məsafədən geri qalsaq, işimiz çətinləşəcək. Buna görə diqqətli olmalıyıq”.

Rauf Hacıyev

Şərh əlavə et