Xəbəri Kokpitdə Oxuyun!

Komandalar Mayamiyə hansı yeniliyi gətiriblər?

Komandalar Mayami Qran Prisinə gətirdikləri yenilikləri FİA-ya dosye formasında təqdim ediblər. 

Kokpit.az bildirir ki, komandaların buraya yeniliklər gətirməsi gözlənilirdi. Mercedes komandası yeni altlıq gövdəsi və kənarı, soyutma qapağı, pn qanad və asılqan gətirib.

McLaren isə ön qanad, ön və arxa asılqan, ön və arxa əyləc kanalı, altlıq, saydpod girişi, motor qapağı, soyutma qapağı və arxa qanad altlığı gətirib.

Digər tərəfdə isə Aston Martin komandası yeni ön qanad, motor qapağı, arxa qanad, arxa qanad altlığı və soyutma qapağı gətirib.

Red Bull komandası yeni altlıq kənarı, Williams ön qanad, RB yeni altlıq gövdəsi və diffüzor gətirib. Haas isə sadəcə diffüzor gətirib.

FerrariAlpine Mayamiyə əliboş gəliblər.

Rauf Hacıyev

Şərh əlavə et