F.Alonso: Yeddinci yer möcüzə idi

F.Alonso: Yeddinci yer möcüzə idi
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, Çindəki yarışda yeddinci olduğu üçün çox təəccüblənib. 

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Çin yarışına üçüncü yerdən başlasa da, startda ikinci yerə yüksəlib. Daha sonra isə tempi düşüb və finişə ikinci yerdə çata bilib.

Fernando Alonso: “Mənim üçün çox yaxşı yarış idi. Çox əyləndim. Son hissədə ən yaxşı təkərlərlə limitdə sürdüm. Buna görə də yarışın ən sürətli dövrəsini atmaq şansım oldu. Məncə, çox gözəl hiss idi.
Təhlükəsizlik maşını periyodu uzun çəkdi. Xüsusən də ikinci periyod çox uzun idi. Bəzi sürücülərin bir pit-stopla getməsinə şans yarandı. Bunun hesabına bir də pitə gəlmədiklər. Lakin Rasselldən 4 saniyə, bir Ferrari-dən 10 saniyə sonra finişə çatdıq və yarışdan əvvəl bunu düşünə bilməzdik.

 

Startda hamı eyni səviyyədə olarkən yer qazanmağa və əylənməyə çalışırıq. Lakinmaşınlar təbii vəziyyətlərinə geri qayıdandan sonra yeddinci yerdə finişə çatmaq əsl möcüzədir. Təxmin ediləndən bir az güclüyük, çünki Həmiltonla Piastrinin önündə finişə çatdıq və bu normal hal deyil. Məncə, maşınımız McLaren və Ferrari-dən bir saniyə yavaşdır və biz bu yarışda onlarla mübarizə apara bildik. Buna görə də sevincliyəm.

Sprint yarışına da yaxşı start vermişdim və ikinci yerə yüksəlmişdim. Öz-özümə bir dövrə birinci yerdə gedə bilərəm demişdim. Əsas yarışda Çekonu keçdim və yenidən edərəm deyə düşündüm, amma başqa fürsətim olmadı. Ümid edirəm ki, tezliklə bunu reallaşdıraram.

Yarışda küləyin yönü dəyişdi və ilk dövrələrdə tərs külək əsirdi. Buna görə də ilk iki dövrədə hücum etmək şansımın olacağını bilirdim. Buna görə də çox aqressiv idim. Sonda isə təbii yerimizə qayıtdıq. Eyni şeyləri təkrarlayıram, amma yarışda ən sürətli beşinci komanda olduğumuzu görürük. Rəqiblərimiz şənbə günləri dövrələrini bir araya gətirə bilmirlər. Biz də sıralanma turunda onları qabaqlayırıq. Sonra da bazar günü mübarizə aparırıq. Görək maşını təkmilləşdirə biləcəyik?”

 

Bunları da oxuyun

Şərh əlavə et