Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Çətin yarış idi

Mövsümün ilk sprint yarışında ikinci olan Lyuis Həmilton həyəcanlı olduğunu deyib.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü yarışa ikinci yerdən başlasa da, startda yaxşı tərpənib və Lando Norrisin səhvindən sonra birinci yerə yüksəlib. Lakin yarışın sonrakı dövrələrində Maks Ferstappen onu keçib və yeddiqat Dünya Çempionu ikinciliyə razı olub. Bu isə veteran sürücünün builki ən yaxşı nəticəsi olub.

Lyuis Həmilton: “Uzun müddətdən sonra əldə etdiyim ən yaxşı nəticə idi. Buna görə də xoşbəxt və minnətdaram. Red Bull-larla mübarizə apara bilmədik. Yarış mətin idi, amma bu qısa mərhələdə maşın barədə çox şey öyrəndik. Buna görə də sabahkə yarış üçü həyəcanlıyam. Hələ də sürətli dövrə vura bilmirik. Buna görə də ön sıralar üçün mübarizə aparmağı gözləmirəm”.

Rauf Hacıyev

Şərh əlavə et