Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Podiumun çətin olacağını düşündüm

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, Yaponiya Qran Prisində üçüncü olaraq podiuma çıxmağı gözləyib, amma Mercedes-dən Corc Rasselli gec keçdiyi üçün podiumu itirəcəyindən qorxub.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü yarışa 4-cü yerdən başlasa da, ilk pit-stopdan sonra Corc Rassellin arxasında ləngiyib.

Buna baxmayaraq o, stabil formada yüksəlməyə davam edib və ikinci pit-stopa hamıdan sonra girib. Bundan sonra Mercedes sürücülərinin arxasında 7-ci yerdə trasa qayıdan Sayns yenə də rəqiblərini bir-bir keçərək, builki üçüncü podiumunu bayram edib. İspaniyalı sürücü bununla da apendisit əməliyyatına görə iştirak etmədiyi Səudiyyə Ərəbistanı yarışından başqa bütün yarışlarda podiuma yüksəlib.

Karlos Sayns: “Yaxşı yarış keçirdim. Çox xoşbəxtəm, çünki təkər yeyilməsinə görə çox çətin idi, amma sonra buludlər gəldi və yeyilmə azaldı. Tək pit-stopun daha sürətli olduğunu düşünürdüm, amma iki pit-stop etdik. Ondan sonra bir neçə maşını keçməli oldum. Suzukada həmişəki kimi ötmə etmək çətindir. Birinci döngəyə yaxşı girmək üçün son şikanı yaxşı dönməlisiniz. Ötmələri edə bilsəm də, çətin idi.

ikinci hissədə Mercedes-i keçməyin  və rəqibi izləməyin çətin olduğunu düşünəndə üçüncü yerə qayıtmağın bir az çətin olacağını düşündüm. Lando və Şarla yaxınlaşmaq üçün çox böyük fərqə ehtiyacım var idi. Sonda bacardıq. Hard təkərdə sürətli idim. Hard təkər mənə var qüvvəmlə sürmə hissi verdi və buna sevindim. Ötmələr etdim və podiuma çıxdım”.

Rauf Hacıyev

Şərh əlavə et