Xəbəri Kokpitdə Oxuyun!

O.Berman: Yaxşıyam!

Yaponiya Qran Prisinin 21-ci dövrəsində Oliver Berman Suzukadakı Spoon döngəsində baryerə çırpılıb. Qəza onun qabaqladığı Franko Kolapintonun (Alpine) maşını ilə sürət fərqinin həddindən artıq yüksək olması səbəbindən baş verib. Bu fərq təxminən 45 km/saat olub.

Bu isə onunla bağlı olub ki, argentinalı sürücünün maşınında güc qurğusu batareyanı doldurma rejiminə keçib, Berman isə əksinə, hibrid sistemin enerjisindən sürətlənmək üçün istifadə edib. Nəticədə maşın trasdan çıxıb və baryerə çırpılan anda maksimal yüklənmə 50g-ə çatıb.

Oliver Berman: “Əvvəla, hər şey qaydasındadır, özümü yaxşı hiss edirəm. Qəza xoşagəlməz idi, amma əsas odur ki, hər şey yaxşıdır. Adrenalin artıq azalır, ona görə evə yol uzun olacaq, lakin mən tam qaydasındayam.

Maşın bir qədər zədələndi, ancaq növbəti yarışa qədər bir ayımız var və indi komandanı çox iş gözlədiyi üçün yalnız üzr istəyə bilərəm.

Qəzanın səbəbi böyük sürət fərqi idi – təxminən 50 km/saat. Bu, yeni qaydaların xüsusiyyətidir, buna öyrəşmək lazımdır, amma maşınımın daha yüksək sürətini nəzərə alsaq, reaksiya vermək üçün sadəcə yerim yox idi. Əvvəllər Formula 1-də maşınlar arasında belə böyük sürət fərqi olmurdu.

Mayamidə daha yaxşı formada mübarizəyə qayıtmaq üçün bir ayımız var – məqsədimiz budur!”

Rauf Hacıyev

Şərh əlavə et