Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Suzukada mövsümdə ilk dəfə yarışı finişə çatdırıb. Bu nəticə komandanın irəliləyişinin göstəricisi kimi qiymətləndirilib. Onun komanda yoldaşı Ləns Stroll isə mühərrikin soyutma sistemində təzyiqin düşməsi səbəbindən yarışı başa vura bilməyib.
Fernando Alonso (18-ci): “Yaponiyadakı yarışda finiş görmək komandanın açıq-aşkar irəliləyişini göstərdi və bu, həftəsonunun pozitiv nəticəsidir. Tempimiz olmasa da, Ləns ilə mübarizə aparmaq və komanda üçün çox vacib olan məsafəni başa vurmaq mənə xoş gəldi.
İndi Silverstoun və Sakuradakı bazalarda toplanmış məlumatları təhlil edəcəyik və Mayami yarışına qədər maşının inkişafı üzərində işləməyə davam edəcəyik ki, vəziyyəti daha yaxşı anlayaq”.
Ləns Stroll (mübarizəni dayandırıb): “Yaponiyadakı yarış mənə xoş gəldi, baxmayaraq ki, rəqabətədavamlı deyildik və son yerlər uğrunda mübarizə aparırdıq. Suzukada sürmək həmişə maraqlıdır və finişə çata bilmədiyim üçün təəssüf edirəm.
Hələlik səbəbi araşdırırıq, amma hər şey mühərriyin soyutma sistemində təzyiq itkisinə bənzəyir.
Çıxana qədər yarış xoş idi, xüsusilə də Fernandoya qarşı müdafiə olunmağım. Lakin hələ çox iş görməli və sürətdə ciddi artım əldə etməyimiz lazımdır. Problemlərimizi bilirik, ona görə də onları mümkün qədər tez həll etməliyik”.




Şərh əlavə et