Bu isə onunla bağlı olub ki, argentinalı sürücünün maşınında güc qurğusu batareyanı doldurma rejiminə keçib, Berman isə əksinə, hibrid sistemin enerjisindən sürətlənmək üçün istifadə edib. Nəticədə maşın trasdan çıxıb və baryerə çırpılan anda maksimal yüklənmə 50g-ə çatıb.
Xoşbəxtlikdən, Haas komandasının sürücüsü yüngül zədələrlə xilas olub və ilkin tibbi müayinədə sınıq aşkarlanmayıb.
Yarışdan sonra FIA rəsmi açıqlama yayıb
FIA-nın bəyanatı: “Oliver Bermanın iştirakı ilə Yaponiya Qran Prisində baş verən və yüksək yaxınlaşma sürətləri ilə bağlı olan qəzadan sonra federasiya aşağıdakı izahları vermək istəyir.
2026-cı il reqlamenti ilə bağlı müzakirələr FIA, komandalar, güc qurğusu istehsalçıları, sürücülər və FOM-un iştirakı ilə davam edir. Reqlament əvvəlcədən bir sıra parametrləri əhatə edib ki, onların sonradan dəqiqləşdirilməsi planlaşdırılıb – xüsusilə də enerji sərfiyyatına nəzarət sahəsində. Bu isə real traslardan əldə olunan məlumatlara əsaslanaraq, qaydaların optimallaşdırılmasına imkan verib.
Bütün tərəflərin ortaq mövqeyi ondan ibarət olub ki, mövsümün ilk mərhələsindən sonra kifayət qədər məlumat toplandıqdan sonra ardıcıl analiz aparılmalıdır.
Bu səbəbdən, apreldə yeni reqlamentin qiymətləndirilməsi üçün bir neçə iclasın keçirilməsi planlaşdırılır və hansısa dəyişikliklərin zəruri olub-olmaması ilə bağlı qərar veriləcək. Xüsusilə enerji idarəetməsi ilə bağlı hər hansı düzəliş ciddi yoxlama və detallı təhlil tələb edir.
FIA bütün tərəflərlə sıx və konstruktiv əməkdaşlığı davam etdirəcək ki, mümkün olan ən yaxşı həll yolu tapılsın. Təhlükəsizlik isə həmişə federasiyanın əsas prioriteti olaraq qalacaq.
Mövsümün bu mərhələsində potensial dəyişikliklərlə bağlı istənilən fərziyyə tezdir. Əlavə məlumat daha sonra açıqlanacaq”.
Qəsa xülasə:
Yeni 2026-cı il reqlamenti səbəbindən enerji rejimləri fərqli işlədiyi üçün maşınlar arasında sürət fərqi kəskin artıb və bu da təhlükəli situasiyalara gətirib çıxarıb. FIA məsələni nəzarətə götürüb və dəyişiklik ehtimalını araşdırıb.




Şərh əlavə et