Pirelli: Komandalar sürətli strategiya seçdilər

Pirelli: Komandalar sürətli strategiya seçdilər
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Pirelli Motorsport-un rəhbəri Dario Marraffuski bildirib ki, bütün komandalar ən sürətli strategiyanı seçiblər.

Yarışın gedişində Suzukada komandalar Soft tərkibli təkərlərdən istifadə etməyiblər, demək olar hamı eyni strategiyanı seçib və məsafəni bir pit-stopla qət edib.

Pirelli Motorsport direktoru Dario Marraffuski: “Bütün komandalar nəzəri olaraq ən sürətli hesab edilən strategiyanı seçdi. Hard-la start alan Valtteri Bottas fərqli seçim edən yeganə sürücü oldu.

Aydındır ki, heç bir komanda ən yumşaq tərkiblə startda və ya son hissədə risk etmədi, halbuki əvvəlki günlərdə aşağı aşınma səbəbilə bu variant kifayət qədər işlək idi. Aleks Elbonun C3 tərkiblərindən istifadəsi isə onun çoxsaylı pit-stoplarını nəzərə alsaq, açıq şəkildə taktiki qərar olmayıb.

Oliver Bermanın qəzası nəticəsində trasa çıxan təhlükəsizlik maşını “undercut” etməyənlərə, o cümlədən yarışın qalibi Kimi Antonelliyə üstünlük verdi. Biz hesab edirik ki, təhlükəsizlik maşını olmasaydı belə, pit-stoplar növbəti dövrələrdə yenə baş tutacaqdı.

Yaponiya səfərimiz bununla bitmir – çərşənbə axşamı və çərşənbə günləri Suzukada növbəti mövsüm üçün quru təkər prototipləri ilə iki günlük test keçirəcəyik. Bu dəfə maşınları bizə Red Bull və Racing Bulls təqdim edəcək”.

Bunları da oxuyun

Şərh əlavə et