Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstapppen: Yenidən zirvəyə qayıtmaq gözəldir

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Avstraliya yarışından sonra Yaponiyada yenidən qalib gəlmək əla olub.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü mövsümün ilk iki yarışında qələbə qazandıqdan sonra Avstraliyada əyləc probleminə görə mübarizəni dayandırmışdı.

Lakin Yaponiyada Maks yenidən meydana qayıdıb. O, əvvəlcə şənbə günü poul qazanıb. Bu gün isə yarışı birinci yerdə bitirərək, builki üçüncü yarışını qazanıb. Yarışdan sonra isə radiodan komandasına “Bəli, çox gözəl yarış idi. Düzünü desəm, yarış ərzində maşın getdikcə sürətlənirdi. Təbriklər! Doğrudan da gözəl nəticədir” deyib. Kristian Horner isə cavabında “Afərin, Maks! Əla idi. Daha bir dubl. Həm də Honda-nın vətənində… Əla həftəsonu oldu. Əvvəldən sona qədər üstün idik” deyib.

Maks Ferstappen: “Çox gözəl idi. Yarışın ən vacib anı startda öndə qlamq idi və ondan sonra yarışda hər şey mənim üçün getdikcə yaxşılaşdı. Buludların gəlməsinin mənim performansıma təsiri oldumu, bilmirəm. Hər şey yaxşı getdi. Pit-stoplar, strategiya… Bundan yaxşısı ola bilməzdi.

Son yarışda kiçik problem oldu, amma burada yenidən zirvəyə yüksəldiyim üçün xoşbəxtəm. Gözəl azarkeşlərin və Honda-nın vətənində qazanmaq gözəldir”.

Rauf Hacıyev

Şərh əlavə et