Kokpit.az xatırladır ki, meksikalı sürücü pis keçən Avstraliya yarışından sonra yenidən özünə gəlib və Yaponiyadakı sıralanma turunda komanda yoldaşı Maks Ferstappendən sadəcə 0.066 saniyə geridə qalaraq, ikinci olub. Bununla da Serxio Peres keçən ilin iyul ayından sonra ilk dəfə ilk cərgəyə yerləşib.
Serxio Peres: “Bu gün nəticələr çox yaxın idi. Maks ilə doğrudan da çox yaxın idi. Yaxşı dövrə vurduğumu hiss etdim. Əslində trasda çox çətin idi. Xüsusən də son sektorda. Sonlarda şikanlara gələndə vaxt itirmək çox asan idi. Ancaq əlimizdən gələni etdik. Heyif ki, poul üçün bəs eləmədi.
Bütün həftəsonu ərzində və sıralanma turunda doğrudan da çox yaxın idik. Fərqlər belə az olanda hər şey nətcəni dəyişə bilər. Son cəhdimə yaxşı başlamadım. Buna görə mənim üçün hər şey fərqli ola bilərdi, amma sabah üçün əla vəziyyətdəyik. Yarış tempində səhər elə də güclü görünmürdük. Bunun üzərində işlədik. Ümid edirəm ki, sabah sürətli olarıq”
Şərh əlavə et