Xəbəri Kokpitdə Oxuyun!

VCARB Çinə yeni şasi gətirəcək

Visa Cashapp komandası Çin Qran Prisində Daniel Rikkardoya yeni şassi verəcək və maşında problem olmadığına əmin olacaq.

Kokpit.az xatırladır ki, Daniel Rikkardo bu mövsüm komanda yoldaşı Yuki Tsunoda ilə mübarizə aparmaqda çətinlik çəkir və düşünür ki, maşında bəzi şeylər düzgün getmir.

Komandanın yarış direktoru Alan Permeyn isə bildirib ki, yeni şassi hazırlanır və bununla da Rikkardonun maşını ilə bağlı bütün şübhələr aradan götürüləcək.

Alan Permeyn: “Mənim üçün şasi asılqanı bağladığımız, motoru və ötürmələr qutusunu əlavə etdiyimiz böyük karbon yığınıdır. Şasiylə bağlı problemin olması çox aşağı ehtimaldır. Yenə də yeni şassimiz var və bunu Danielə vermək çox məntiqlidir, çünki Yuki hazırda xoşbəxtdir və özünü yaxşı hiss edir. Daniel isə maşınla bağlı problemin olub-olmadığını unutdurmalıyıq”.

Keçmişdə bir neçə dəfə sürücülərin şasi ilə bağlı proqnozları düz çıxıb. Lakin Alan Permane düşünür ki, Rikkardonun maşınında vəziyyət belə olmayacaq: “Bəzən bəzi şeyləri yoxlaya bilərsiniz. Bu performansa o qədər də təsir etmir. Buna görə də düşünürəm ki, maşında problem yoxdur. Reqlamentdəki adı ilə həyatda qalmaq üçün olan kabinədir. Ona ön asılqan yerləşdirilir, motor əlavə edilir və sürücünü təhlükəsiz saxlayır. Buna görə bunun performansa təsirinə inanmıram. Yeni bir şasi gəlir və bu xoş təsadüfdür. Ancaq bunu Yukiyə vermək məntiqli deyil. Danielə vermək məntiqlidir, ancaq onun problemıərinə görə şasi gətirmirik. Bunu açıq deyirəm. Sadəcə hadisələrdə uyğunluq var”.

Alan Permeyn əlavə edib ki, Daniel Rikkardoya sazlanma seçərkən daha diqqətli olurlar: “Bu asan iş deyil, çünki belə şeyləri sazlanmalarla həll edə bilərsiniz. Lakin bizim əsas məqsədimiz maşını zəiflətməməkdir. Buna görə də çalışırıq ki, o özünü həm yaxşı hiss etsin, həm də maşını bərk getsin.

Danielin maşını çox sürətli sürməməsi üçün səbəb yoxdur. Bunu anlayır. Bizim vəzifəmiz ona bacardığımız qədər sürətli maşın verməkdir”.

Alan Permeyn əlavə edib ki, onlar Suzukaya yeni altlıq gətirsələr də, bu yenilik onlara yavaşdöngəli traslarda kömək edəcək: “Bu bizə kiçik asfaltayatma qüvvəsi verir. Suzukada əla işləyəcəyini deməyə tərəddüd edirəm. Bu altlıq əsasən yavaş döngələrdə yaxşı işləyir. Burada isə bizi yüksəksürətli döngələr gözləyir. Görək burada necə olur. Biz sürətli traslarda inkişaf etmək istəyirik və növbəti yarışlarda bunun üçün yeniliklərimiz olacaq”.

Qeyd edək ki, ilk 3 yarışdan sonra Yuki Tsunoda 4 xal toplasa da, Daniel Rikkardo xal üzünə həsrət qalıb.

Rauf Hacıyev

Şərh əlavə et