Xəbəri Kokpitdə Oxuyun!

Lekler son məşqlərdə hamını üstələyib

Cümə günü hər kəs Albert Parkda trek üçün parametrləri tapa bilməyib – iş şənbə səhəri davam edib. Trasda şərait dəyişmişib – asfalt buludlu səmanın altında daha soyuq olub.

Kokpit.az bildirir ki, tribunalar bu gün də dolu olub. Bir çox sürücü həftəsonu ilk dəfə Hard təkərlərini taxaraq, onların potensialını qiymətləndirib. Bu il Pirelli bir qədər yumşaq tərkiblər gətirib.

Cümə günü səhər saatlarında qəzaya uğrayan Aleksander Elbon ehtiyat hissələri olmadığı üçün maşınsız qalıb. Lakin komandası onu xal qazana bilməsi üçün Loqan Sarcentin maşınına keçirib.

Heç bir qəza və ya qırmızı bayraq olmayıb. Sessiya rahat və sakit keçib. Protokollara son cəhddə dövrəni 1:16.714-lə başa vuran Şarl Lekler başçılıq edib.

Bizi çox maraqlı sıralanma turu gözləyir…

Elçin Zodorov

Şərh əlavə et