Xəbəri Kokpitdə Oxuyun!

Sauber Avstraliya üçün yeniliklər hazırlayıb

Sauber komandası bu həftəsonu keçiriləcək Avstraliya Qran Prisi üçün bəzi yeniliklər hazırlayıb.

Kokpit.az xatırladır ki, Sauber mövsümə böyük ümidlərlə başlasa da, iki yarışdan sonra xal qazanmayan 4 komandadan biridir. Bundan başqa komanda hər iki sıralanma turunda da ilk sessiyadan ələnib və buna görə yarışlarda xal almaq şansını azaldıb.

Komandanın rəhbəri Alessandro Alunni Bravi: “Səudiyyə Ərəbistanındakı çətin yarışdan sonra Melburna sürətli dəyişiklik etmək üçün gedirik. Avstraliya həm bizim üçün, həm də ortaqlarımız üçün vacib yarışdır. Bu yarışda azarkeşlər sürücülərə, komandalara və idmanımıza olan bütün sevgilərini göstərirlər. Bu, Formula 1 üçün əla reklamdır.

Bizə verilən dəstəyin qarşılığını vermək üçün əlimindən gələnin ən yaxşısını etməyə çalışacağıq.

Ciddə yarışından sonra bazaya qayıdaraq işləməyə başladıq və özümüzü yenidən topladıq. Tam olaraq harada zəif olduğumuzu təhlil etdik və bir plan hazırladıq. Yaxın Şərqdəki iki yarışdan sonra gördüyümüz əsas şey isə bolidimizin yarış tempində yaxşı olmasıdır. İndi isə sıralanma turunda daha yaxşı nəticə qazanmaq üçün vahid dövrədəki tempimizi yaxşılaşdırmağa çalışırıq. Buna görə də Avstraliyaya yeniliklərlə gedəcəyik.

Mövsümün ilk yarışları göstərdi ki, mübarizə çox yaxındır. Uğurun əsas sirri potensialınızı tam işlətməkdən asılıdır. Uğur maşının potensialını nefə istifadə edəcəyinizdən asılıdır. Onluqda olmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə hazırıq”.

Rauf Hacıyev

Şərh əlavə et