Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Səudiyyə Ərəbistanı Qran Prisi vaxtı özünü pis hiss etmiş və xəstəxanaya getmişdi. Orada ona apendisit diaqnozu qoyulmuş və əməliyyat olunmuşdu. Karlos buna görə Səudiyyə Ərəbistanı yarışını buraxmış və onu Oliver Berman əvəz etmişdi.
Lakin Karlos Sayns Avstraliyada yenidən sükan arxasına keçə biləcək. Hələ ki rəsmi və dəqiq məlumat yoxdur, amma onun sağlığı ilə bağlı şübhəli məqam qalmayıb.
Ferrari bu barədə belə açıqlama verib: “Dünəndən bəri Avstraliyadadır və vəziyyəti yaxşıdır”.
Karlos Sayns həftənin dördüncü günü tibbi müayinədən keçəcək və icazə verilsə, yarışacaq. Lakin bunun formallıq xatirinə olduğu düşünülür. Əgər 30 yaşlı sürücü həftəsonu yarışa bilməsə, onu növbəti dəfə Oliver Berman əvəz edəcək.
Şərh əlavə et