Xəbəri Kokpitdə Oxuyun!

FIA Malayziyadakı güc itkisi problemini araşdırıb

FIA Malayziyada keçirilən Bəhreyn Qran Prisindən əvvəl güc qurğusunun proqram təminatının təcili yenilənməsini tələb edən vəziyyətlə bağlı araşdırmanı başa çatdırıb.

Analiz zamanı əsas diqqət bir neçə boliddə formasiya dövrəsində baş verən güc itkisinin dəqiq səbəbinə, oxşar problemlərin yenidən yaranma ehtimalını azaltmaq üçün görüləcək tədbirlərə, gələcəkdə yağışlı hava şəraitində güc qurğusunun sazlamalarının idarə edilməsinə və enerji sərfiyyatının məhdudlaşdırılmasına, həmçinin komandalar və güc qurğusu istehsalçıları tərəfindən təqdim olunan məlumatlardan əldə edilən nəticələrə yönəldilib.

Araşdırmanın nəticəsinə görə, bəzi bolidlərdə mühərrik aşağı dövrlərdə işləyərkən trasın müəyyən hissələrində gücün 250 kVt azaldılması komandası verildikdə, ilkin olaraq nəzərdə tutulandan daha böyük güc itkisi baş verib. Həmin hissələrdə itirilən gücü bərpa etmək mümkün olmayıb.

Sinqapurda oxşar hava şəraiti yaranacağı təqdirdə Malayziyada quraşdırılmış mühərrik proqram təminatının eyni versiyasından yenidən istifadə olunacaq. Bundan əlavə, yağışlı hava şəraiti üçün növbəti proqram təminatı yeniləməsi oktyabrın 25-də keçiriləcək ABŞ Qran Prisinə qədər təqdim ediləcək.

Araşdırmanın nəticələrinə əsasən, test imkanlarının məhdud olduğu nəzərə alınmaqla, proqram təminatının mümkün qədər etibarlı olmasını təmin etmək üçün əlavə sınaqların keçirilməsi tövsiyə olunub.

Rauf Hacıyev

Şərh əlavə et