Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Gülməli vəziyyətdəyəm

Bəhreyn Qran Prisinin son dövrələrində yarışdan kənarda qalan Mercedes pilotu Corc Rassell mübarizədən sonra jurnalistlərə açıqlamalar verib.

Bu mövsüm oxşar problemlərlə dəfələrlə üzləşdiyini bildirən britaniyalı pilot podiumun demək olar ki, təmin olunduğu yarışdan xalsız ayrılmasının məyusluğunu bölüşüb.

Yarışdan kənarda qaldıqdan sonra danışan Corc Rassell deyib: “Demək olar ki, öz halıma gülməli vəziyyətdəyəm. Məyusluqdan da artıq hisslər keçirirəm.

Bu cür vəziyyətlər bu mövsüm çox başımıza gəlib. Həqiqətən çox təəssüf doğurur, amma mübarizəni dayandırmadan davam etməyə çalışacağıq.

Podium demək olar ki, təmin olunmuş kimi görünürdü. Möhtəşəm olmasa da, kifayət qədər yaxşı yarış keçirirdik. Dediyim kimi, bu cür vəziyyət ilk dəfə baş vermir. Buna görə də bu hissə və medianın verdiyi bütün bu suallara kifayət qədər öyrəşmişəm”.

Rauf Hacıyev

Şərh əlavə et