Dario Marrafuski, Pirelli Motorsport direktoru: “Sepanqda bu mövsüm ilk dəfə keçid yağış təkərlərinin işini qiymətləndirmək imkanımız oldu. Çətin şəraitdə onlar yüksək asfaltla ilişmə və sabit iş göstəriciləri təmin edərək ən yaxşı xüsusiyyətlərini nümayiş etdirdilər. Tras quruduqca keçid yağış təkərlərində müəyyən dənlənmə yarandı, lakin asfaltın yüksək abrazivliyinə baxmayaraq, yeyilmə ilə bağlı narahatlıq olmadı.
Hava şəraiti yarışda həlledici rol oynadı. Bazar günü temperatur əvvəlki günlərlə müqayisədə nəzərəçarpacaq dərəcədə aşağı idi. Startdan əvvəl yağan güclü yağışdan sonra isə tras yarışın böyük hissəsində nəm qaldı. Bu, təkərlərin temperaturunu nəzarətdə saxlamağa və termal yeyilməni azaltmağa kömək etdi.
Belə şəraitdə Soft təkərlər xüsusilə rəqabətədavamlı oldu. Komandalar onları tədricən optimal iş diapazonuna gətirdikdə çox uzun stindlər keçmək mümkün idi. Bəzi pilotlar məsafənin demək olar ki, yarısını Soft təkərlərlə qət edə bildilər.
Hard və Medium təkərlər də sabit və proqnozlaşdırıla bilən iş göstəriciləri nümayiş etdirdilər. Lakin onların yol tutuşu Soft təkərlərlə müqayisədə daha aşağı idi”.




Şərh əlavə et