Audi Sinqapur üçün rəng çalarını təqdim edib

Rauf Hacıyev 05 Oktyabr 2026, 17:17
Audi Sinqapur üçün rəng çalarını təqdim edib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Audi bu həftəsonu keçiriləcək Sinqapur Qran Prisində Marina Bayın işıqları altında görünüşünü dəyişən xüsusi rəng dizaynı ilə çıxış edəcək.

Audi Sinqapur Qran-prisi üçün əsas rənginin xüsusi hazırlanmış versiyasını təqdim edib. Dizayna Sinqapurun işıqları və əkslərindən ilhamlanan mavi parıltı əlavə olunub.

Bu effekt sayəsində R26 gecə ərzində trasın müxtəlif hissələrindən keçdikcə fərqli görünüşə sahib olacaq.

Dizayn arxa qanada və saydpodlara tətbiq olunub. Audi bildirib ki, rəng çaları komandanın mövcud rəng çalarındakı düz həndəsi kəsimləri qoruyarkən, Sinqapurun mədəni irsinə də nəzərəçarpacaq istinad edir.

 

Audi F1-in baş brend və kommersiya direktoru Stefano Battiston xüsusi rəng dizaynı barədə deyib: “Formula 1-i insanlara çatdırmaq azarkeşlərə harada olmalarından asılı olmayaraq özlərini komandanın bir hissəsi kimi hiss edə biləcəkləri daha çox imkan yaratmaq deməkdir.

Sinqapur bunu vahid və bütöv bir ideya üzərindən necə həyata keçirə biləcəyimizi göstərir. Audi-nin bu xüsusi dizaynı şəhərdən ilhamlanan görünüş vasitəsilə brendimizi ifadə edir. Dünyanın hər yerindəki azarkeşlər isə onlayn təqdimat sayəsində bu dizaynı özləri kəşf edə bilərlər. Adidas kolleksiyası və Sinqapur üzrə keçiriləcək tədbirlərlə bu hekayə yarış bolidindən kənara çıxır.

Bu layihə insanları istər şəhərdə olsunlar, istərsə də yarışı evlərindən izləsinlər, komanda ilə onlar üçün mənalı şəkildə qarşılıqlı əlaqə qurmağa dəvət edir”.

 

Bunları da oxuyun

Şərh əlavə et