Xəbəri Kokpitdə Oxuyun!

Las Veqas 2023: Şou kimi yarış

Mövsümün ətrafında ən müzakirələr getdiyi, hamının səbirsizliklə gözlədiyi Las Veqas Qran Prisi gözləntiləri artıqlamasıyla qarşılayıb.

Yarışın startında Ferstappen liderliyi ələ alıb. Həmilton və Alonso isə təmas yaşayaraq xeyli yer itiriblər.

Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib. Bir qədər sonra isə real TM trasa girməli olub – Norris sürüşərək ciddi qəza edib.

Lekler sürətlə Ferstappenlə fərqi azaldıb və onu keçərək liderliyə yüksəlib. Ferstappen və Rassell pit-stop ediblər. Maks insident zamanı aldığı 5 saniyəlik cəzanı ödəyib.

Lekler trasda qalmağı seçib, Peres ikinci yerə qalxıb. Həmiltonun Piastri ilə insidentdə təkəri deşilib və xeyli vaxt itirib.

Ferstappenlə Rassellin mübarizəsi təmasa görə qopan qırıntılar səbəbindən növbəti TM-a səbəb olub. Bir çox sürücü pit yoluna üz tutub.

İnsidentə görə Rassellə 5 saniyəlik cəza verilib. Restartda Lekler liderliyini qoruyub. Ferstappen Piastri və Qaslini geridə qoyub. Peres liderlik mübarizəsində Lekleri məğlub edib.

Sürətlə yaxınlaşan Maks Şarlı keçib, lakin bir qədər sonra monakolu yenidən önə keçib. Ferstappen öncə komanda yoldaşını, sonra isə Lekleri geridə qoyaraq yarışa liderlik edib.

Bir qədər sonra Peres də ikinciliyə qalxıb. Elbonun arxasında yaratdığı qatar sıx mübarizəyə səbəb olub. Yarışın son dövrələrində Lekler fərqi azaldıb. Son dövrədə Peresin ikinciliyi artıq şübhə doğurmazkən, meksikalı sürücü gözlənilmədiyi halda ikinciliyi əldən verib.

Maks Ferstappen ardıcıl 6-cı, mövsümdə 18-ci, karyerasında isə 53-cü qələbəsini qazanaraq ən çox qalib gələn sürücülər reytinqində Sebasytan Fettelə çatıb. Şarl Lekler ikinci, Serxio Peres isə üçüncü yerin sahibi olub.

Sıra Sürücü Komanda Vaxt Pit
1 Maks Ferstappen Red Bull 2
2 Şarl Lekler Ferrari +2.070 1
3 Serxio Peres Red Bull +2.241 2
4 Esteban Okon Alpine +18.665 1
5 Ləns Stroll Aston Martin +20.067 2
6 Karlos Sayns Ferrari +20.834 2
7 Lyuis Həmilton Mercedes +21.755 2
8 Corc Rassell* Mercedes +23.091 2
9 Fernando Alonso Aston Martin +25.964 2
10 Oskar Piastri McLaren +29.496 2
11 Pyer Qasli Alpine +34.270 1
12 Aleksander Elbon Williams +43.398 1
13 Kevin Maqnussen Haas +44.825 2
14 Daniel Rikkardo AlphaTauri +48.525 1
15 Quanyu Çjou Alfa Romeo +50.162 1
16 Loqan Sarcent Williams +50.882 1
17 Valtteri Bottas Alfa Romeo +85.350 2
18 Yuki Tsunoda AlphaTauri + 4 dövrə 2
19 Niko Hülkenberq Haas + 5 dövrə 2

 

SÜRÜCÜLƏR ÇEMPİONATI

Sıra Pilot Komanda Xal
1 Maks Festappen Oracle Red Bull Racing 549
2 Serxio Peres Oracle Red Bull Racing 273
3 Lyuis Həmilton Mercedes-AMG PETRONAS F1 Team 232
4 Karlos Sayns Scuderia Ferrari 200
5 Fernando Alonso Aston Martin Aramco Cognizant F1 Team 200
6 Lando Norris McLaren F1 Team 195
7 Şarl Lekler Scuderia Ferrari 188
8 Corc Rassell Mercedes-AMG PETRONAS F1 Team 160
9 Oskar Piastri McLaren F1 Team 89
10 Ləns Stroll Aston Martin Aramco Cognizant F1 Team 73
11 Pyer Qasli BWT Alpine F1 Team 62
12 Esteban Okon BWT Alpine F1 Team 58
13 Aleksander Elbon Williams Racing 27
14 Yuki Tsunoda Scuderia AlphaTauri 13
15 Valtteri Bottas Alfa Romeo F1 Team Stake 10
16 Niko Hülkenberq MoneyGram Haas F1 Team 9
17 Daniel Rikkardo Scuderia AlphaTauri 6
18 Quanyu Çjou Alfa Romeo F1 Team Stake 6
19 Kevin Maqnussen MoneyGram Haas F1 Team 3
20 Lyam Louson Scuderia AlphaTauri 2
21 Loqan Sarcent Williams Racing 1

 

MÜHƏNDİSLƏR KUBOKU

Sıra Komanda Motor Xal
1 1. Oracle Red Bull Racing Honda RBPT 822
2 2. Mercedes-AMG PETRONAS F1 Team Mercedes 392
3 3. Scuderia Ferrari Ferrari 388
4 4. McLaren F1 Team Mercedes 284
5 5. Aston Martin Aramco Cognizant F1 Team Mercedes 273
6 6. BWT Alpine F1 Team Renault 120
7 7. Williams Racing Mercedes 28
8 8. Scuderia AlphaTauri Honda RBPT 21
9 9. Alfa Romeo F1 Team Stake Ferrari 16
10 10. MoneyGram Haas F1 Team Ferrari 12

Elçin Zodorov

Şərh əlavə et