Red Bull Hacarla yeni müqavilə imzalayıb

Red Bull Hacarla yeni müqavilə imzalayıb
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Red Bull 2027-ci il mövsümündə Ayzek Hacarla əməkdaşlığını davam etdirəcəyini açıqlayıb.

Racing Bulls komandasında keçirdiyi debüt mövsümündən sonra 2026-cı ildə Red Bull-a yüksələn Hacar komandanın tarixən çətin hesab olunan ikinci oturacağında göstərdiyi performansla həm komandanın, həm də azarkeşlərin rəğbətini qazanıb.

Aldığı zədə səbəbindən buraxdığı üç yarışdan sonra bu həftəsonu Azərbaycanda traslara qayıdan fransalı pilot 2030-cu ilə qədər müqaviləsini yenicə uzadan Maks Ferstappenlə birlikdə 2027-ci ildə də Red Bull üçün mübarizə aparacaq.

Red Bull komandasının rəhbəri Loren Mekis məsələ ilə bağlı açıqlamasında belə deyib: “Ayzeklə yolumuza davam edəcəyimiz üçün çox həyəcanlıyıq. İlin əvvəlində bizə qoşulandan bəri, xüsusilə də onun hələ Formula 1-də ikinci mövsümünü keçirdiyini nəzərə alsaq, həm trasda, həm də trasdan kənarda möhtəşəm performans nümayiş etdirib. Bu da müqaviləsini uzatmaq qərarını bizim üçün kifayət qədər asanlaşdırdı”.

Loren Mekis fransalı pilotun komandaya töhfəsini və uyğunlaşmasını vurğulayaraq sözlərini belə davam etdirib: “İlk gündən etibarən Ayzek özünü komandaya həsr edib. Bolidi inkişaf etdirmək üçün mühəndisləri ilə fabrikdə keçirdiyi hər dəqiqədən səmərəli istifadə edib. O, həmişə öyrənməyə və inkişaf etməyə həvəs göstərib.

Melburndakı ilk həftəsonundan etibarən bu yüksəlişi qeyri-adi soyuqqanlılıqla idarə etdiyini və bu oturacaqda yer almağa layiq olduğunu görə bilirdik”.

Bunları da oxuyun

Şərh əlavə et