Xəbəri Kokpitdə Oxuyun!

Las Veqas 2023: Ferrari gecəyə damğasını vurub

Las Veqasdakı ilk məşq sessiyası drenaj sisteminin qapağının açılması səbəbindən üç maşının zədələnməsi ilə on dəqiqədən az davam edib. Okon şassini, Sayns şassi ilə yanaşı daxili yanma mühərriki, enerji saxlama qurğusu və idarəetmə blokunu dəyişməli olub.

Çjounun maşınına ciddi zərər dəyməyib. FIA bütün komandalardan maşınlarını yoxlamağı xahiş edib.

İkinci məşqlərin startı trasdakı 30 drenaj qapağının hər birinin yoxlanılması məqsədi ilə 2 saat ləngidilib, sonra isə daha yarım saat gec başladılmasına qərar verib – sürücülər yerli vaxtla gecə 3-ün yarısı məşqlərə başlaya biliblər. Tamaşaçılardan tribunaları tərk etmələri istənilib.

İtirilən vaxtı kompensasiya etmək üçün məşqin müddəti 60 dəqiqədən 90 dəqiqəyə qədər artırılıb. Pirelli bura ən yumşaq tərkibləri gətirsə də, asfaltla ilişmə ciddi problem olub.

Norrisin texniki problemləri olub və pitə qayıdıb. Maqnussen, Peres, Alonso, Stroll, Ferstappen, Elbon və Sayns əyləc zamanı təkərlərini bloklayıblar və avtomobillər üçün heç bir mənfi nəticə olmadan təhlükəsizlik cibinə giriblər. Sarcent və Hülkenberqə pit-leynə daxil olarkən xətti tapdaladıqları üçün ağ-qara bayraqla xəbərdarlıq edilib.

Şarl Lekler ən yaxşı dövrəsini 1:35.265-də tamamlayaraq protokollara başçılıq edib. Məşqlər sabah davam edəcək…

Sıra Sürücü Komanda Zaman Fərq Dövrə
1 Şarl Lekler Ferrari 1:35.265 39
2 Karlos Sayns Ferrari 1:35.782 +0.517 39
3 Fernando Alonso Aston Martin 1:35.793 +0.528 38
4 Serxio Peres Red Bull 1:36.085 +0.820 36
5 Valtteri Bottas Alfa Romeo 1:36.129 +0.864 35
6 Maks Ferstappen Red Bull 1:36.183 +0.918 37
7 Niko Hülkenberq Haas 1:36.489 +1.224 33
8 Ləns Stroll Aston Martin 1:36.496 +1.231 41
9 Lyuis Həmilton Mercedes 1:36.663 +1.398 42
10 Aleksander Elbon Williams 1:36.688 +1.423 42
11 Lando Norris McLaren 1:36.864 +1.599 33
12 Corc Rassell Mercedes 1:36.890 +1.625 37
13 Kevin Maqnussen Haas 1:36.917 +1.652 37
14 Oskar Piastri McLaren 1:36.987 +1.722 35
15 Pyer Qasli Alpine 1:37.134 +1.869 33
16 Esteban Okon Alpine 1:37.241 +1.976 37
17 Yuki Tsunoda AlphaTauri 1:37.412 +2.147 41
18 Quanyu Çjou Alfa Romeo 1:37.656 +2.391 36
19 Daniel Rikkardo AlphaTauri 1:37.680 +2.415 40
20 Loqan Sarcent Williams 1:38.140 +2.875 42

Elçin Zodorov

Şərh əlavə et