2025-ci il mövsümünün yeddinci yarışından etibarən Alpine-ə qoşulan argentinalı sürücü ilk dövründə kifayət qədər mürəkkəb mərhələ keçirmişdi. Argentinalı pilot 2026-cı ildə komanda rəhbəri Flavio Briatorenin etimadını qazanmaq üçün vacib bir imtahandan keçirdi. O, Alpine-in bu il inkişaf edən bolidi ilə daha stabil nəticələr göstərərək bu sınağın öhdəsindən gəlməyi bacarıb.
Mövsümün geridə qalan 12 yarışından sonra ümumi sıralamada 12-ci pillədə qərarlaşan Kolapinto 19 xal toplayıb. Gənc pilot Formula 1 karyerasının ən yaxşı nəticəsini isə Kanada Qran-Prisində əldə edib. O, yarışı 6-cı pillədə başa vuraraq 8 xal qazanıb.
23 yaşlı pilot 2024-cü il mövsümündə Loqan Sarcenti əvəzləyərək, Williams ilə 9 yarışda iştirak edib. Ardınca 2025-ci ildə Alpine-ə keçib.
Argentinalı pilot mövsümə Pyer Qasli və debütant Cek Duhənin arxasında ehtiyat pilotlardan biri kimi başlayıb. Lakin Duhən Mayami Qran Prisindən sonra komandanı tərk etdikdən sonra Kolapinto əsas heyətdə onun yerini tutub.
Alpine-in mövsümün ilk bölümündə arxa sıralara geriləməsi Kolapinto üçün vəziyyəti çətinləşdirsə də, argentinalı pilot göstərdiyi potensial və Argentinadan gələn güclü sponsor dəstəyi sayəsində 2026-cı il üçün yarış oturacağını qorumağı bacarıb.
Göstərdiyi inkişafdan razı qalan Alpine isə gənc pilotla əməkdaşlığı daha bir il uzatmaq qərarına gəlib. Beləliklə, Kolapinto 2027-ci ildə də Alpine üçün Formula 1-də mübarizə aparacaq.




Şərh əlavə et