Andrea Stella: “Ötən il artıq görmüşdük ki, maşında asfaltla ilişmə çatışmayanda, məsələn, Mexikoda və ya Ostində olduğu kimi, Oskar pilotajlıq tərzini, düşüncə formasını və yarışa yanaşmasını uyğunlaşdırmalı olur. Bu, müəyyən səy tələb edir və nəticədə o, hər dövrədə bir qədər vaxt itirir.
Məsələ ondadır ki, belə vəziyyətdə hər şey gözləntilərə uyğun olanda olduğu kimi instinktiv hərəkət edə bilmir, informasiyanı emal etməyə məcbur qalır. Bu, təbii üslubunuzu maşının xüsusiyyətlərinə uyğunlaşdırmalı olduğunuz haldır.
Oskarda yaranan problemlər psixoloji deyil, sırf texniki xarakter daşıyır. Zandfortda Oskar yaxşı dövrəvi nəticə göstərirdi, yarışda isə onun nəticəsinə iki amil təsir edib.
Birincisi, və bu, komandanın məsuliyyətidir: Rassellin hərəkətlərinə cavab vermək üçün pit-stopa girəndə yavaş pit-stop səbəbindən faktiki olaraq mövqeni itirdik. Bu, Oskarın yox, komandanın səhvidir.
İkincisi, Hard təkərləri ikinci hissədə işçi rejiminə gətirə bilmədik. Onlar çox aşağı asfaltla ilişmə rejimində qaldı, halbuki birinci hissədə belə hal müşahidə olunmamışdı. Aydındır ki, üzərində işləməli olduğumuz bir neçə məqam var.
Əlavə etmək istəyirəm ki, hazırda ən azı üç komandanın nəticələri cəmi 0.1 saniyə fərqlənir və nəsə optimal işləməyəndə bu, mövqelərin ciddi itkisinə səbəb ola bilər. Maşınınız hər hansı məqamda geri qalırsa, altıncı ola bilərsiniz.
Rəqabət çox sərtdir. Oskarla bütün imkanlardan istifadə edərək işləməyə davam etməliyik və bu yarış həftəsonunda gördüyüm irəliləyişdən razıyam. Əminəm ki, mövsümün qalan hissəsində bu, daha da nəzərə çarpacaq”.




Şərh əlavə et