Xəbəri Kokpitdə Oxuyun!

Alonso: Maksa 9,9 bal verərdim

Viaplay jurnalistləri Fernando Alonsodan Mixael Şumaxer, yoxsa Maks Ferstappeni məğlub etməyin daha çətin olduğunu soruşublar.

Fernando Alonso: “Onballıq şkala üzrə Maksa 9,9 verərdim. Çünki 10 bal yalnız məndədir! Əminəm ki, onun bir neçə zəif yeri var. Hamımızda var. Amma bu, həqiqətən də çox yüksək qiymətdir.

Maks trasda indiyə qədər qarşılaşdığım ən güclü rəqibdir, xüsusən də ona görə ki, əslində görünən zəif tərəfləri yoxdur. O, 9,9-dur. Sadəcə həmin son onda biri tapmalıyıq. Əminəm ki, onun zəif yeri var.

İlk illərdə Ferstappendə emosiyalar həddindən artıq idi, buna görə tez-tez səhv edirdi, amma ikinci və ya üçüncü ildən sonra: nə səhv, nə yanılma, yalnız yaxşı nəticələr. O, müstəsna pilot olub, düşünürəm ki, hamımız üçün səviyyəni qaldırıb. Əgər trasda Maksı məğlub etmək istəyirsənsə, sadəcə daha yaxşı olmalısan.”

Gilənur Hüseynova

Şərh əlavə et