Ceyms Vovlz: “Hazırkı problemlər məqsədyönlülüyün və ya gördüyümüz işə sevginin çatışmaması ilə bağlı deyil, birmənalı şəkildə komandanın kifayət qədər səmərəli işləməməsi ilə izah olunur və daha yaxşı olmaq üçün biz bu problemi həll etməliyik.
Biz hələ də geridə qalan tərəf rolundayıq, bu vəziyyətə hələ qışda üzləşdiyimiz çətinliklərə görə düşmüşük və bütün bunlar çox məyusedicidir. Amma hesab edirəm ki, gələn il bizim üçün ən azı ona görə daha asan olacaq ki, 2027-ci ildə bir çox məsələdə başladığımız işi davam etdirəcəyik.
Biz artıq mövcud reqlamentin xüsusiyyətlərini başa düşürük və növbəti mövsüm üçün yeni şassini əldə etdiyimiz təcrübəni nəzərə alaraq hazırlayırıq, bu isə bütün sistemimizin üzərindəki yükü xeyli azaldır.
Lakin reqlamentə düzəlişlər davam edir və mənim ən böyük sualım budur: belə çıxır ki, reqlamentdəki hər dəyişiklikdən ilk növbədə bütün sistemləri artıq qurulmuş və yaxşı sazlanmış komandalar qazanır, nəticələrdəki fərqin artması da bununla izah olunur?
Hesab edirəm ki, növbəti iki-üç ildə komandamıza qoşulan gözəl mütəxəssislər sayəsində – məsələn, Pirs Tinn, amma təkcə onu nəzərdə tutmuram – biz həqiqətən də yeni maşınları vaxtında hazırlaya, büdcəyə limitlərinə sığa və lazımi modernizasiya tempini saxlaya biləcəyik.
Amma digər komandalar da inkişaf edəcək və irəli gedəcəklər. Ümid edirəm ki, bir neçə ildən sonra rəqiblər Williams-ın real təhlükə yaratdığını etiraf edəcəklər, lakin məncə, çempionluğu qazanmaq perspektivləri barədə danışmaq hələ çox tezdir. Əvvəlcə problemlərimizi həll etməliyik”.




Şərh əlavə et