Xəbəri Kokpitdə Oxuyun!

Antonelli Maksla eyni komandada yarışmaq istəyir

Maks Ferstappen Red Bull Racing ilə müqaviləsini 2030-cu ilə qədər yenicə uzadıb və Kimi Antonelli dostunun Formula 1-dən ayrılacağını heç ağlına gətirməyib.

Kimi Antonelli və Maks Ferstappeni dostluq münasibətləri bağlayır, buna görə Mercedes-in italiyalı sürücüsü dördqat dünya çempionunun xarakterini yaxşı bilir. Maks Red Bull Racing ilə müqaviləsini 2030-cu ilə qədər uzadıb və Kiminin sözlərinə görə, o, dostunun Formula 1-dən ayrılacağını heç ağlına da gətirməyib.

Kimi Antonelli: “Düzünü desəm, əslində heç vaxt Maksın karyerasını başa vuracağını düşünməmişəm. O, yarışları həddən artıq çox sevir. Əgər Mercedes-də komanda yoldaşım olsaydı, onunla rəqabət aparmaq çətin olardı, amma bunun möhtəşəm olacağını da düşünürəm, çünki bu, onun kimi çempionun necə işlədiyini detallı öyrənmək imkanı verərdi. Üstəlik, biz eyni maşınları idarə edərdik.

Bununla belə, istənilən halda komanda yoldaşımın Corc Rassell olmasına şadam. Onun sayəsində mən də çox şey öyrənmişəm və hazırda tamamilə komanda ilə işə, həmçinin çempionatın qalan yarışlarında qarşımdakı vəzifələrə köklənmişəm”.

Kimidən Yaxın Şərqdəki qeyri-sabit vəziyyət səbəbindən Qətər və Əbu Dabi mərhələlərinin ləğv oluna biləcəyi, mövsümün son hissəsinin isə İmoladakı Enzo və Dino Ferrari adına klassik avtodromda keçiriləcəyi perspektivinə münasibəti soruşulanda, o, buna yalnız sevinəcəyini bildirib: “Mövsüm İtaliyada başa çatsa, əla olar! Hərçənd vəziyyət yaxşılığa doğru dəyişsəydi, həmin traslara da yollanmağa şad olardım. Belə deyək, çempionatın finalından zövq almağa heç nə mane olmasın”.

Gilənur Hüseynova

Şərh əlavə et