Xəbəri Kokpitdə Oxuyun!

Robert Vud Conson Aston Martin-in səhmlərini alıb

ABŞ-ın Böyük Britaniyadakı keçmiş səfiri, milyarder Robert Vud Conson Aston Martin-in minoritar səhm paketini alıb və komandanın direktorlar şurasına sədr müavini kimi daxil olub.

Conson Aston Martin-in kommersiya inkişafı ilə, ilk növbədə ABŞ-da məşğul olacaq, lakin komandanın gündəlik idarə olunmasında iştirak etməyəcək. Şirkət üzərində nəzarət əvvəlki kimi icraçı sədr və əsas sahibi Lourens Stroll-da qalır.

Conson əvvəllər idman layihələrinə, o cümlədən NFL və İngiltərə Premyer Liqası ilə bağlı layihələrə investisiyalarla məşğul olub.

Lourens Stroll: “Vudini Aston Martin ailəsində salamlamaqdan məmnunam. Onun təcrübəsi, həvəsi və investisiyaları komandanın inkişafının növbəti mərhələsində mövqelərimizi daha da gücləndirəcək. Onun brendimizi dərindən anlaması, innovasiyalara meyli və yeni kommersiya imkanlarından istifadə etməyə hazır olması onu gələcəyə birlikdə baxa biləcəyimiz ideal tərəfdaşa çevirir”.

Robert Vud Conson: “ABŞ-ın Böyük Britaniyadakı səfiri kimi çalışdığım dövrdə Aston Martin-in zəngin tarixinə, eləcə də Lourens Stroll-un strateji baxışına və sahibkarlıq ruhuna dərin hörmət bəsləmişəm.

Onunla əməkdaşlığa başlamağa və Formula 1-də ən yüksək nəticələr uğrunda mübarizə apara biləcək kollektiv yaratmaq məqsədilə komandanın gələcək inkişafına töhfə verməyə şadam. Biz həmçinin ABŞ-da auditoriyanı genişləndirməyə və daha çox amerikalı azarkeşi Formula 1-lə tanış etməyə çalışırıq”.

Gilənur Hüseynova

Şərh əlavə et