Xəbəri Kokpitdə Oxuyun!

Honda Niderlanda yeni motor gətirir

Honda Niderland Qran Prisində Alonso və Stroll üçün yeni mühərrik təqdim edəcək

Yaponiyalı motor istehsalçısı Fernando Alonso və Ləns Stroll üçün tamamilə yenilənmiş güc qurğusunu Niderland Qran Prisində təqdim etməyə hazırlaşır. Honda şirkəti bunu mühüm mərhələ kimi qiymətləndirir.

Aston Martin Macarıstan Qran Prisində uzun müddətdir gözlənilən şassi yeniləmələrini AMR26-ya gətirmişdi. İlk dəfə mövsüm ərzində Q2-yə yüksələn Alonso komandanın ilk yarıda həm şassi, həm də güc qurğusu ilə bağlı yaşadığı problemlərin fonunda bu nəticə ilə komandaya əlavə ümid verib.

Honda-nın mühərrik yeniləməsinin də məhz şassi üzərindəki dəyişikliklərdən sonra təqdim edilməsi əvvəldən planlaşdırılıb. Yeni versiya Sprint həftəsonunun keçiriləcəyi Zandfortda istifadəyə veriləcək.

Yenilənmiş güc qurğusu artıq Macarıstan Qran Prisindən sonra çəkiliş günü çərçivəsində trasda sınaqdan keçirilib. Tras üzrə baş menecer Orihara bildirib ki, yeni versiyanın təqdimatı “gərgin iş dövrü”nün ardından baş tutub: “Niderland Qran Prisi Honda üçün mühüm mərhələdir. Çünki yeni versiya güc qurğumuzu məhz burada təqdim edəcəyik.

Bu, HRC Sakura, HRC Britaniya və Aston Martin-in birlikdə gördüyü gərgin işin nəticəsidir.

Zandfort Sprint həftəsonudur və bu o deməkdir ki, cəmi bir sərbəst yürüş sessiyamız olacaq.

Bu isə məhdud tras vaxtında yeni paketimizin qiymətləndirilməsini başa çatdırmaq baxımından əlavə çətinlik yaradacaq. Lakin biz bu sınağı səbirsizliklə gözləyirik.

Macarıstanda yeni şassi ilə irəliyə doğru addım atdığımızı gördük.

İndi isə yeni versiya güc qurğusunun təqdim olunması ilə mövsümün qalan hissəsində komanda ilə birlikdə bu irəliləyişi davam etdirməyi səbirsizliklə gözləyirik”.

Rauf Hacıyev

Şərh əlavə et